“Qarabağ” xal itirdi, “Sumqayıt” liderliyi ələ keçirdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Günün ilk matçında turnir cədvəlinin son sıralarında yer alan “Səbail” və “Qəbələ” komandaları üz-üzə gəlib. Geridə qalan 6 turda qələbə qazanama bilməyən “Qəbələ” “Səbail”i məğlub edərək, üç xal qazanmaq niyyətindəydi. Amma tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Günün son matçında “Neftçi” səfərdə “Keşlə” ilə qarşılaşıb. Bu oyunun taleyini bir qol həll edib. Qonaqlar minimal hesabla üstün olublar.

Tura bu gün keçiriləcək iki oyunla yekun vurulub.

Günün ilk oyununda “Sabah” doğma meydanda “Sumqayıt”ı qəbul edib. “Kimyaçılar” bu görüşdə qələbə qazanmaqla yenidən turnir cədvəlində liderliyə yüksələ bilərdi. Belə də olub. İlk dövrəni bərbad keçirən “Sabah” bu dəfə “Sumqayıt”a məğlub olub. Bu cür oyunla, nəticələrlə komanda çətin ki, avrokuboklara vəsiqə əldə edə bilsin. Yeddi oyunda 5 məğlubiyyəti olan “Sabah”da ciddi addımlar atılmasa, komanda ancaq Premyer Liqada qalmaq uğrunda mübarizə apara bilər.

Turun son oyununda “Zirə” “Qarabağ”ı sınağa çəkib. Bu qarşılaşmada qapılara qol vurulmayıb.

Azərbaycan Premyer Liqası, 7-ci tur

24 oktyabr

Qəbələ – Səbail 1:1
Qol:
Y.Qoxa, 4 – H.Ekşteyn, 26.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Vüqar Həsənli.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu. 14:00

Qəbə: 1. Anar Nəzirov (k), 28. Murad Musayev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 22. Rodriqo Qattas, 26. Stefan Vukçeviç, 71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev

Səbail: 96. Nikolas Hagen, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 11. Rauf Əliyev, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 19. Elgün Nəbiyev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 20. Ruslan Hacıyev, 2. Arsen Ağcabəyov
Baş məşqçi: Aftandil Hacıyev

______________________________________________________________________________

Keşlə – Neftçi 0:1
Qol: N.Ələsgərov, 68.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cavanşir Yusifov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “ASK Arena”. 16:00.

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 23. Artur Batista, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 6. Rəşad Sadiqov, 8. Tural Axundov, 20. Rail Məlikov, 10. Sezar Meza Kolli, 16. Alvaro Tavares, 14. Turan Vəlizadə, 13. Pərviz Azadov
Baş məşqçi: Yunis Hüseynov

Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 6. Voyislav Stankoviç, 91. Tallison Dias, 29. Sabir Buqrin, 17. Bruno Teluşi, 24. Yusuf Laval, 26. Ömər Buludov, 20. Mert Çelik
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 10. Saman Nərimancahan, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov, 37. Vüsal Əsgərov
Baş məşqçi: Füzuli Məmmədov

______________________________________________________________________________

25 oktyabr

Sabah – Sumqayıt 1:2
Qol: C.İmamverdiyev, 64-avtoqol – Ə.Qurbani, 27. S.Abdullazadə, 90+5.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bank Respublika Arena. 14:00.

Sabah: 1. Saşa Stamenkoviç (k), 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 30. Mario Marina, 10. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqez, 5. Nikola Vuyadinoviç, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 8. Elşən Abdullayev, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 46. Aleksey İsayev, 23. Amadu Diallo, 3. Ulise Diallo, 60. Abbas Ağazadə, 29. Ceyhun Nuriyev
Baş məşqçi: Visente Qomez

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 21. Adəm Həmati, 17. Murad Xaçayev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 22. Cavid İmamverdiyev, 4. Kərəm Sultanov, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov

______________________________________________________________________________

Zirə – Qarabağ 0:0
Qırmızı vərəqə
: R.Məmmədov, 68 (ikinci sarı).
Hakimlər: Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Cəmil Quliyev, Əliyar Ağayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Zirə İdman Kompleksinin stadionu. 16:00.

Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 32. Qismət Alıyev, 9. Davit Volkov, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 7. Tural Bayramlı, 21. Hacıağa Hacılı, 77. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 12. Lazar Corceviç, 20. Əli Şirinov, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov

Qarabağ: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 11. Mahir Emreli, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 77. Donald Gerye, 27. Toral Bayramov, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button