Qəbələdə heç-heçə, Zirədə “Neftçi”yə son dəqiqə şoku

Azərbaycan Premyer Liqasında 5-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında “Sabah” “Keşlə”ni qəbul edib. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

Son turlarda uğurlu çıxış edən “Sumqayıt” bu turda çətin “Qəbələ” səfərinə yollanıb. Hərəyə bir qol vuran tərəflər sonda heç-heçəyə razılaşmalı olublar.

“Neftçi” bu turda “Zirə”nin qonağı olub. Zirədə baş tutan qarşılaşmada meydan sahibləri qələbə qazanıblar.

Bu tur keçirilməli olan “Qarabağ” – “Səbail” görüşü Azərbaycan milli komandasının Millətlər Liqasında Kipr və Monteneqro ilə oyunlarına yaxşı hazırlaşması üçün təxirə salınıb.

Azərbaycan Premyer Liqası, 5-ci tur

2 oktyabr

Sabah – Keşlə 0:2
Qol: S.Rodriqes, 54. V.İsgəndərli, 90+1.
Bank Respublika Arena. Saat 15:30
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Rahil Ramazanov, Orxan Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev

Sabah: 1. Saşa Stamenkoviç (k), 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 14. Slavik Alxasov, 28. Kevin Kubemba, 30. Mario Marina, 18. Xulio Sezar Rodriqez, 5. Nikola Vuyadinoviç, 29. Ceyhun Nuriyev
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 8. Elşən Abdullayev, 15. Ruslan Abışov, 90. Ramil Şeydayev, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 60. Abbas Ağazadə, 77. Veysəl Rzayev
Baş məşqçi: Visente Qomes

Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 25. Con Kamara, 21. Miyusko Boyoviç, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 23. Artur Batista, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 6. Rəşad Sadiqov, 8. Tural Axundov, 20. Rail Məlikov, 22. Şaxruh Qadoyev, 16. Alvaro Tavares, 14. Turan Vəlizadə, 97. Xəzər Mahmudov
Baş məşqçi: Yunis Hüseynov

______________________________________________________________________________

3 oktyabr

Qəbələ – Sumqayıt 1:1
Qol
: Rafael Utriq, 44 – Əli Qurbani, 26.
Qəbələ şəhər stadionu. Saat 14:00
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: İlham Əliyev

Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 28. Murad Musayev, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 55. İdris İnqilablı
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 99. Ceyms Adeniyi, 22. Rodriqo Qattas, 13. Yurgen Qoxa, 71. Rüfət Əhmədov.
Baş məşqçi: Elmar Baxşıyev

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 4. Kərəm Sultanov, 21. Adəm Həmati, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 15. Hüseyn Cəfərov, 8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov

______________________________________________________________________________

Zirə – Neftçi 1:0
Qol:
D.Volkov, 90+5.
Zirə İdman Kompleksinin stadionu. Saat 16:00
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəhim Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov

Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 91. Ruslan Qurbanov, 4. Elvin Camalov (k), 2. Sərtan Taşkın, 13. Şəhriyar Rəhimov, 3. Ali Sisey, 9. Davit Volkov, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 10. Ağabala Ramazanov, 5. Kərim Diniyev, 17. Kayo Rangel, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov

Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 2. Cabir Əmirli, 19. Fəhmin Muradbəyli, 10. Saman Nərimancahan, 13. Prins İbara, 20. Mert Çelik, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov, 37. Vüsal Əsgərov
Baş məşqçi: Füzuli Məmmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button