“VAR-ın tətbiqi ilə bağlı kiçik problem yaranıb” – Elxan Məmmədov

Bu gün AFFA-nın 30-cu hesabat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov VAR (video köməkçi sistem) sisteminin tətbiq olunacağı vaxtla bağlı fikirlərini söyləyib:

“VAR-ın tətbiqi ilə bağlı kiçik problem yaranıb. VAR üçün lazım olan çiplər hələ hazır deyil. Çində koronavirus pandemiyasına görə çiplərin hazırlanması zəifləyib. Ümid edirəm ki, bu mövsümdə VAR sistemindən istifadə edə bilərik.

Konfrans Liqasında VAR sistemi olsaydı, “Qarabağ”ın “Bazel”ə vurduğu qol qeydə alınardı və təmsilçisimiz birbaşa pley-off mərhələsinə vəsiqə qazanardı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button