“Bordinin hərəkəti bağışlanmaz idi” – Hacıyev

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:1 hesablıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

– Oyunun ağır olacağını bilirdik. İkinci hissədə bu qədər müdafiə olunacağımızı gözləmirdik. Bəzi dəyişikliklərin tez olacağını da gözləmirdik. Qol şanslarından yararlanmaq istəyirdik. “Neftçi” ilə qarşılaşma bizim üçün 6 xallıq oyun idi.

– Roberto Bordinlə bağlı məsələyə aydınlıq gətirərdiz. O, oyundan sonra sizə nəyə görə etiraz edirdi?
– Onunla anlaşa bilmədik. Bir az da əsəb var idi. Yəqin o da öz səhvini başa düşər. Onun hərəkəti bağışlanmaz idi.

– Oyuna hansı psixologiya ilə çıxmışdız?
– Oyundan əvvəl də demişdim ki, favorit rəqibdi. Sadəcə, yaxşı hazırlaşmışdıq. Rəqib nə qədər güclü olsa da, zəif nöqtələrini təhlil edib tapmışdıq. Qələbə o demək deyil ki, biz onlardan daha güclüyük. Əsas hədəfimiz üst pillədə qərarlaşmaqdı.

– Qələbəyə görə hansısa mükafat olacaq?
– Rəhbərlik hər zaman bizim arxamızdadı. Mükafatın olması mümkündü.

– Növbəti ildən çempionluğa oynaya bilərsiz?
– “Səbail” köklü klub deyil. Buna görə də bu haqda danışmaq çətindi. Müəyyən vaxta ehtiyac var. Heyətdə dəyişiklik olmalıdı ki, “Neftçi”ylə, “Qarabağ”la mübarizə apara bilək. “Neftçi” üzərində qələbə qazanmağımız çempionluğa oynayacağımız mənasına gəlmir.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button