“Bizim üçün çox önəmli toplanışdır” – Azərbaycan millisinin baş məşqçisi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyubovun iştirakı ilə brifinq təşkil olunub.

Komanda.az xəbər verir ki, U-21-in baş məşqçisi media nümayəndələrinə açıqlamasında komandanın hazırlığı barədə məlumat verib:

“Bizim üçün çox önəmli toplanışdır. Oyunçularla daha yaxından tanış olmaq üçün yaxşı fürsət yarandı. Əksəriyyətini izləyirdik, amma şəxsi təcrübə fərqli olur. Futbolçuların hamısını izləyirik, hər biri ilə bağlı bütün lazımi məlumatlar bizdə var. Yenə də, oyunçulara yaxından baxmaq lazımdır. Onların səviyyəsindən şübhəmiz yoxdur, çünki yaxşı klublarda çıxış edirlər. Demək olar ki, bütün oyunlarına baxmışıq”.

Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçən U-21 millisi toplanışı yanvarın 17-dək davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button