“Biz yarımfinaldayıq və mən xoşbəxtəm” – Klopp

“Çempionlar Liqasında yarımfinalına çıxdığımız üçün məmnun qalmadığımı desəm, məni nokaut edə bilərsiz. İstədiyimiz kimi olmadı, amma nə fərqi var? Bu gün mövsümün ən yaxşı oyununu keçirsək belə, finala yüksəlmək ehtimalı daha yüksək olmayacaqdı. Əsas odur ki, biz yarımfinaldayıq və mən xoşbəxtəm”.

Komanda.az xəbər verir ki, bu sözləri “Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 finalında “Benfika” ilə cavab oyunundan (3:3) sonra deyib.

İki matçın (3:1, 3:3) nəticəsinə əsasən yarımfinala yüksələn “Liverpul”un almaniyalı baş məşqçisi qarşıdakı rəqibləri “Vilyarreal” haqqında da danışıb:

“Hazırda “Vilyarreal”ın oyununu təhlil edə bilsəm, çox qəribə olardı. Mən onların nəticələrini gördüm, yaxşı oyun nümayiş etdirirlər. “Yuventus”u, “Bayern”i məğlub ediblərsə, deməli, yarımfinala yüksəlməyə layiqdirlər. “Vilyarreal”ın baş məşqçisi Unay Emeri kuboklar kralıdır, etdikləri heyrətamizdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button