“Biz irəliyə doğru kiçik bir addım atdıq” – Pioli

“Milan”ın baş məşqçisi Stefano Pioli A Seriyasının 14-cü turunda “Frozinone” üzərində qazanılan qələbəni (3:1) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın əsas məqsədinin daha yüksək yerlər üçün mübarizə aparmaq olduğunu bildirib:

“Məqsədimiz qələbə yollarına qayıtmaq idi və ardıcıl iki ev oyunu keçirdik: “Fiorentina” və “Frozinone” ilə. Biz irəliyə doğru kiçik bir addım atdıq. Lakin hələ çox uzun bir yol var və yüksək yerlər üçün mübarizə aparmaq istəyiriksə, daha yaxşı çıxış etməliyik”.

“Milan” 29 xal toplayıb və A Seriyasının turnir cədvəlində 3-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button