“İtirəcək heç nəyimiz yoxdur” – Poçettino

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Ayaks”la qarşılaşacaq “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis, ilk oyunda minimal hesabla məğlub olmalarına baxmayaraq, şanslarının bitmədiyini deyib:

“İlk oyundakı uğursuz nəticə cavab oyununda bizə təsir edəcək, amma hələ heç bir şey bəlli deyil. Qələbə qazanmağın vacib olduğunu bilirik və itirəcək heç nəyimiz yoxdur. “Ayaks” da yaxşı komandadır, yaxşı futbolçuları və möhtəşəm baş məşqçiləri var. Onlar burda olmağa layiqdirlər.

5 il əvvəli hədəfimiz ilk 4 yerlə aramızdakı fərqi endirmək, sonra Çempionlar Liqasına qatılmaq idi. İndi isə yarımfinaldayıq. Biz bir xəyalı yaşayırıq”.

“Ayaks” – “Tottenhem” oyunu bu gün, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button