Birinci divizionda meydan sahiblərinin günü

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə keçirilən üç oyunda “Kəpəz” “Zirə-2”-yə qalib gəlib. MOİK isə öz meydanında “Zaqatala”ya minimal hesabla məğlub olub.

İkinci oyun günündə də üç qarşılaşma keçirilib. Bütün oyunlarda meydan sahibləri qələbə qazanıb:

Birinci divizion, 9-cu tur

31 oktyabr

Neftçi-2 – Səbail-2 1:1

Qol: Elnur Süleymanov, 40 – Murad Ağayev, 90.
Qırmızı vərəqə: Əlibəy Məmmədli, 81 (“Neftçi-2”), Ruslan Həsənov (“Səbail-2”)
Hakimlər: Vüqar Həsənli, Rza Məmmədov, Zöhrab Abbasov, Orxan Məmmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Binə qəsəbə stadionu

Kəpəz – Zirə-2 3:0

Qol: Nodar Məmmədov, 58-pen. Elvin Nəsibov, 64. Elcan Rəhimov, 71.
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Səbuhi Soltanov, Nicat İsmayıllı
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Gəncə şəhər stadionu

MOİK – Zaqatala 0:1

Qol: Bəhruz Teymurov, 28.
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

1 noyabr

Keşlə-2 – Qarabağ-2 2:1

Qol: Elmir Rəhimzadə, 40; Tunar Mütəllimov, 90+4 – Musa Qurbanlı, 84-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Etibar Həsənov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Seymur Səlimli
“AZAL Arena”

Sumqayıt-2 – Sabah-2 2:1

Qol: Nəbi Məmmədov, 47; Rüfət Abdullazadə, 63 – Reza Biqdelo, 90+2-pen.
Qırmızı vərəqə: Eldost Qiyasbəyli, 78 (“Sabah-2”)
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Elmin Süleymanov, Orxan Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sumqayıt şəhər stadionu (ehtiyat meydança)

Ağsu – Turan Tovuz 3:1

Qol: Səbayıl Bağırov, 40-avtoqol. Fərrux Rəhimov, 43-pen. Malik Babayev, 68 – Elçin Qasımov, 31.
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Ruslan Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Ağsu şəhər stadionu

Qeydlər: Bu tur “Qaradağ Lökbatan” komandası istirahət edib. Tovuz şəhər stadionunda təmir işləri getdiyi üçün təqvim üzrə nəzərdə tutulan “Turan Tovuz” – “Ağsu” matçı Ağsu şəhər stadionunda keçirilib. İkinci dövrədə bu komandalar arasında baş tutacaq görüş “Turan Tovuz” – “Ağsu” oyunu kimi qeyd olunacaq.