Afrika Millətlər kuboku təxirə salınacaq?

Bir müddət əvvəl Kamerun Futbol Federasiyasının prezidenti seçilən Samuel Eto açıqlama verib.

Komanda.az xəbər verir ki, qurumun rəhbəri, koronavirusa yoluxma hallarının artması səbəbiylə təxirə salınacağı iddia olunan Afrika Millətlər kuboku turniri haqda danışıb:

“Turniri təxirə salmaq üçün bir səbəb yoxdur. Avropa çempionatı koronavirusun daha çox yayıldığı bir vaxtda oynanılırsa, nə üçün Afrika Millətlər kuboku keçirilməsin? Turnirin təxirə salınması üçün bir səbəb yoxdur”.

Kamerunun ev sahibliyi edəcəyi Afrika Millətlər kuboku 2022-ci ilin yanvar-fevral aylarında keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button