5 milyon avroya görə müflis oldular

Belçikanın “Lokeren” klubu müflisləşib.

Komanda.az xəbər verir ki, bu barədə “Het Laatste Nieuws” nəşri məlumat yayıb. Xəbərdə, 5 milyon avro borcu olan klubun müflisləşdiyi bildirilib.

“Lokeren” bir müddətdir ki, futbolçuların və məşqçilərin maaşlarını ödəyə bilmir.

İki dəfə ölkə kubokunu qazanan “Lokeren”, bu mövsüm Belçikanın ikinci liqasında – Pro Liqada mübarizə aparırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button