“Bayern” Ronaldodan imtina etdi

“Bayern” “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonu transfer etməyəcək.

Komanda.az “Sport1”-ə istinadən xəbər verir ki, 37 yaşlı portuqaliyalının nümayəndələri Münhen klubuna futbolçunun “Mançester Yunayted”dəki vəziyyətindən narazı olduğu və kuboklar qazanmaq istədiyi üçün onu transfer etməyi təklif ediblər.

Xəbərdə qeyd olunur ki, Ronaldonun transferi “Bayern”də əməkhaqqı strukturuna ciddi təsir edə biləcəyindən, klub rəhbərliyi hücumçudan imtina edib.

Eyni zamanda, münhenlilər komandada öz maraqlarını klubun maraqlarından üstün tutan futbolçunun olmasını istəmirlər.

Ronaldo ötən mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 38 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button