“Bayern” müdafiəçisi ilə razılığa gələ bilmədi

“Bayern”in müdafiəçisi Alfonso Deyvis Münhen klubu ilə 2025-ci ilin yayında başa çatacaq müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilməyib.

Komanda.az “Sky Sport Deutschland”-a istinadən xəbər verir ki, 23 yaşlı kanadalı futbolçu maaşının ildə 20 milyon avroya qədər artırılacağını gözləyir. “Bayern” bu şərtlərlə razılaşmağa hazır deyil.

“Cadena SER” daha əvvəl “Real”ın Deyvis üçün Almaniya klubuna bonuslar da daxil olmaqla 50 milyon avro təklif etmək niyyətində olduğunu bildirmişdi.

Deyvis bu mövsüm “Bayern”in heyətində 28 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı müdafiəçinin dəyərini 70 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button