“Bayern” fransalının davranışından narazıdır

“Bayern” müdafiəçi Benjamin Pavarın son açıqlamalardan narazıdır.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Münhen klubu onunla müqaviləni yeniləməyi düşünmür. Çünki futbolçu başqa klubda oynamağa etiraz etməyəcəyini bildirib.

“Milan”, “Real” və “Barselona” Pavarı heyətinə cəlb etmək istəyən klublar arasındadır.

Fransalı futbolçunun “Bayern”lə müqaviləsi 2024-cü ilə qədərdir. O, bu mövsüm 20 matçda meydana çıxıb və 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button