“Bavariya”nın futbolçusu yenidən zədələndi – Karyerasını bitirəcək?

“Bavariya”nın futbolçusu Kinqsli Koman sıradan çıxıb.

Komanda.az xəbər verir ki, 23 yaşlı hücumçu komandasının Çempionlar Liqasının qrup mərhələsində “Tottenhem”lə qarşılaşdığı matçın (3:1) 27-ci dəqiqəsində zədələnərək, meydanı tərk edib.

Dizindən zədələnən Komanın son durumu tibbi müayinədən sonra bilinəcək. Daha əvvəl də tez-tez zədələnən Koman, bir müddət öncə verdiyi açıqlamada, yenidən ciddi zədə alacağı halda, karyerasını bitirəcəyini demişdi.

Fransalı hücumçu bu mövsüm 20 oyunda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button