“Bavariya”nın futbolçusu əməliyyat olundu

Almaniyanın “Bavariya” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Tyaqo Alkantara qasıq nahiyəsindəki ağrılara görə əməliyyat olunub.

Bu barədə Bundesliqa nəhənginin rəsmi saytı məlmat yayıb. 29 yaşlı yarımümdafiəçinin ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Qeyd edək ki, Alkantara Almaniya kubokunun yarımfinalında “Ayntraxt”la matçda (2:1) zədələnmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button