“Bavariya” 2-ci Bundesliqadan hücumçu aldı

“Bavariya” heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi “Hamburq”un forvardı Yann-Fite Arpı transfer edib. Bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, “Bavariya”nın 19 yaşlı hücumçu üçün klubuyla razılaşdığı bildirilib.

2020-ci ilin sonuna qədər “Hamburq”la müqaviləsi olan Arp, klublar arasındakı razılığa əsasən, mövsümün sonunda “Bavariya”ya keçə bilər. Lakin onun 2020-ci ilə qədər “Hamburq”un uğurları üçün çalışması da mümkündü. Bu mənada hər şey futbolçunun öz şəxsi istəyindən asılı olacaq.

Cari mövsümdə “Hamburq” formasıyla 2-ci Bundesliqada 11 qarşılaşmada iştirak edən forvard, bir məhsuldar ötürməylə yadda qalıb.

Arp 19 yaşadək futbolçulardan ibarət Almaniya millisinin də üzvüdür.