“Barselona”nın transfer siyahısında 5 futbolçu var

“Barselona”nın idman direktoru Dekunun yay transfer pəncərəsində komandanı gücləndirmək üçün böyük planları var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı klub rəsmisi komandaya start heyətdə oynamağa hazır olan 3-4 yeni futbolçu dəvət etmək istəyir.

Kataloniyalıların qısa siyahısına Coşua Kimmix (“Bayern”), Martin Subimendi (“Real Sosyedad”), Bernardo Silva (“Mançester Siti”), Niko Uilyams (“Atletik”) və Dani Olmo (“Leyptsiq”) kimi futbolçular daxildir. 

Xatırladaq ki, “Barselona”nın maliyyə problemləri səbəbindən yayda büdcəsi məhdud olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button