Kuman “Barselona”dan gedir? – klub prezidentindən açıqlama

“Barselona” klubunun prezidenti Xuan Laporta baş məşqçi Ronald Kumanın komandanın “sükanı arxasında” qalacağını açıqlayıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Laporta, Kumanın “Barselona”da çox çətin bir dövrdə baş məşqçilik etdiyini bildirib. Onun sözlərinə görə, niderlandlı baş məşqçi öz komandasına inanır:

“Kuman baş məşqçi olaraq qalacaq, onun klubla müqaviləsi var. Ümid edirik ki, qələbələr və yaxşı oyundan zövq alacağıq. Bunun üçün onun əlindən gələni edəcəyinə inanırıq”.

“Barselona” dünən La Liqanın 8-ci turu çərçivəsində səfərdə “Atletiko”ya 0:2 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra Kumanın komandadan göndəriləcəyi gözlənilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button