“Dünya çempionatından sonra nə olacağını bilmirəm” – Depay

“Barselona”nın və Niderland millisinin hücumçusu Memfis Depay gələcək karyerası ilə bağlı danışıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, futbolçu zədəsini sağaldıb. O, hazırda yalnız DÇ-2022-yə kökləndiyini bildirib:

“Dünya çempionatından sonra nə olacağını bilmirəm. Bu turnirdən həzz alıram. Zədəm artıq sağalıb. Keçmişi düşünmək istəmirəm”.

Depayın kataloniyalılarla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Bu mövsüm o, komandada 3 oyun keçirib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button