Aqueronun son durumu bilindi

“Barselona”nın futbolçusu Serxio Aqueronun son durumu məlum olub.

Komanda.az xəbər verir ki, dünən La Liqada “Alaves”lə keçirilən matçda (1:1) sinəsində narahatlıq olan və daha sonra xəstəxanaya aparılan Aquero nəfəs darlığından şikayətçi olub.

Argentinalı jurnalist Qaston Edul Aqueronun sağlamlığı haqda “tvitter” hesabında məlumat verib:

“Aquero taxikardiya (ürək vurğularının artması) idi. İndi özünü yaxşı hiss edir. 12 il əvvəl də belə bir şey olmuşdu. Həkimlər onun vəziyyətini dəqiq incələyəcəklər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button