“Sanki üç saat oynasaq da, qol vura bilməyəcəyik” – Pike

“Barselona”nın futbolçusu Jerar Pike La Liqada “Atletiko”ya uduzduqları oyundan (0:2) sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan müdafiəçi, məyus olduqlarını söyləyib:

“Hamıya qarşı dürüst olmaq məcburiyyətindəyəm. Sanki üç saat oynasaq da, qol vura bilməyəcəyik. Problem bir deyil, çoxdur. Daha əvvəl yaşamadığımız şeyləri yaşayırıq, amma inanıram ki, düzələcək. Paltardəyişmə otağında atmosfer yaxşıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button