“Barselona” “el klasiko”nun favoritidir” – Fabreqas

“Barselona”nın sabiq yarımmüdafiəçisi Sesk Fabreqas “el klasiko”dan gözləntilərini bölüşüb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, İspaniya millisinin keçmiş futbolçusu “el klasiko”nun favoritini açıqlayıb:

“Barselona”nı “el klasiko”nun favoriti hesab edirəm. Mən deyərdim ki, əmsallar 60-ın 40-a “Barselona”nın xeyrinədir. Amma çox şey komandaların oyuna necə girməsindən asılı olacaq”.

“Barselona” ilə “Real” arasında qarşılaşma bu gün saat 18:15-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button