Xavi onu “Barselona”da görmək istəyir

“Valensiya”nın yarımmüdafiəçisi Pepelu karyerasını İspaniyanın başqa klubunda davam etdirə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Barselona” ispaniyalı futbolçunun xidmətində maraqlıdır.

Baş məşqçi Xavi bu futbolçunu gələn mövsüm komandasında görmək istəyir. Pepelunun transfer dəyəri 16 milyon avro qiymətləndirilir. Onun “Valensiya” ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

25 yaşlı yarımmüdafiəçi İspaniya çempionatının bu mövsümündə 32 oyun keçirib. O, 5 qol (hamısı penaltidən) və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button