“Bizim çılğın heyətimiz var” – “Barselona” rəsmisi

“Barselona” klubunun prezidentinin müşaviri Enrik Masip komandanın baş məşqçisi Xavi haqda danışıb.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəsmisi Xavinin gördüyü işi yüksək qiymətləndirib:

“Burada hamı bilir ki, qalib gəlmək və yaxşı oynamaq lazımdır. Xavi bunu bilir, prezident Xuan Laporta da bunu bilir. Onun gördüyü işin çox böyük faydası var. Xavi klubda böyük işlər görüb. Həmişə olduğu kimi, onu nəticələrə görə mühakimə edəcəklər, amma Xavi burada yüksək dəyərləndirilir. Komanda “Real” üzərində təsirli bir qələbə qazandı. Biz bu uğurun üzərində dayanmalı və Çempionlar Liqası uğrunda mübarizə aparmalıyıq. Bizim çılğın heyətimiz var”.

Ötən mövsüm “Barselona” Xavinin rəhbərliyi altında İspaniya çempionu olub və ölkə superkubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button