“Barselona” 2 futbolçusunu ərəblərə satmağa çalışır

“Barselona” iki futbolçusunu Səudiyyə Ərəbistanı klublarına satmaq üçün çalışır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalılar bu mövsüm İngiltərə Premyer Liqasında icarə əsasında çıxış edən hücumçu Ansu Fati (“Brayton”) və mərkəz müdafiəçisi Kleman Lanqleni (“Aston Villa”) Səudiyyə Ərəbistanı klublarına satmaq niyyətindədir.

“Brayton” və “Aston Villa” bu oyunçuları daimi olaraq almaqda maraqlı deyil. “Barselona” da gələn mövsüm onların komandaya qayıtmasını istəmir. Rəhbərlik vacib yay transferlərini maliyyələşdirmək üçün bu futbolçuları satmağa üstünlük verir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button