
Olmonun maaşı artırılacaq
“Barselona” yarımmüdafiəçisi Dani Olmonun müqavilə şərtlərinə yenidən baxmağı nəzərdə tutur.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq futbolçunun maaşının artırılması ilə bağlı razılığa gəliblər. Yenilənmiş şərtlərin yeni mövsümün əvvəlindən qüvvəyə minəcəyi bildirilib.
Bu addımın Kataloniya klubunun Olmonu 2024-cü ildə kluba qayıtması üçün göstərdiyi səylərə görə mükafatlandırma məqsədi daşıdığı vurğulanıb. Həmin dövrdə oyunçu daha sərfəli təklifləri rədd edərək, “Barselona”nın maaş limitinə uyğunlaşması üçün ciddi səylər göstərib.
Olmo 2025/26 mövsümündə “Barsa”nın heyətində ümumilikdə 49 oyunda 8 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



