“Barselona” braziliyalı futbolçu ilə yollarını ayıracaq

“Barselona”nın vingeri Rafinya Dias bu mövsümün sonunda klubdan ayrılacaq.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, klub rəhbərliyi 26 yaşlı futbolçu ilə yolları ayırmaq qərarına gəlib.

Braziliyalı oyunçu ötən ilin yayında İngiltərənin “Lids” klubundan “Barselona”ya keçib və uzunmüddətli müqavilə imzalayıb.

Rafinya bu mövsüm 11 matçda iştirak edib, 2 qol vurub, 3 qolun ötürməsini verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button