Azərbaycandan təklif alan Balotelli millidə oynamaq istəyir

“Adana Dəmirspor”un hücumçusu Mario Balotelli yenidən Türkiyəni tərk etməyə hazırlaşır.

Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, italiyalı futbolçu Türkiyə klubunda qalmaq istəmir.

Futbolçu bu ay müqaviləsinə xitam verilməsi üçün klubla danışıq aparır. Balotelli İtaliya millisində yer tapmaq üçün yenidən A Seriyasına qayıtmaq istəyindədir. 

Onun məqsədi İtaliyada məskunlaşıb, karyerasını vətənində başa vurmaqdır. Futbolçunun meneceri ona Azərbaycan klublarından da təklif olduğunu açıqlayıb.

“Udineze”, “Salernitana” və “Empoli” Mario Balotellini transfer etmək şansına sahibdir.

33 yaşlı hücumçu Türkiyə çempionatında bu mövsüm 5 oyun keçirib və 3 qol vurub. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button