Bakı-Xankəndi velosiped yarışının mükafat fondu 50 min avrodan çox olacaq

Bakı-Xankəndi velosiped yarışının mükafat fondu 50 min avrodan çox olacaq.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov məlumat verib.

Federasiya rəsmisi bildirib ki, bu mükafat qaliblər arasında bölünəcək.

Mayın 10-da start götürəcək Bakı-Xankəndi velosiped yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək. Beş gün davam edəcək yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkəmizin beynəlxalq idman arenalarında nüfuzunu daha da artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button