Azərbaycan millisi bu gün yoxlama matçında Malta ilə üz-üzə gələcək

Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi bu gün yoxlama matçı keçirəcək.

Komanda.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Malta ilə qarşılaşacaq. Görüş Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda, saat 22:00-da start götürəcək. Matçı macarıstanlı baş hakim Mixail Kaprali idarə edəcək.

Milli komanda hazırlıq çərçivəsində növbəti matçını San-Marinoya qarşı keçirəcək. Bu oyun iyunun 9-da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button