“Azərbaycan çempionatı çoxlarının təsəvvür etdiyindən fərqlidir” – Mutu

“Neftçi”nin baş məşqçisi Adrian Mutu cari mövsümdən danışıb.

Komanda.az “iAMSport” nəşrinə istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis Premyer Liqada bu mövsüm gərgin mübarizə getdiyini bildirib:

“Hər şey qaydasındadır. Azərbaycan çempionatı çoxlarının təsəvvür etdiyindən fərqlidir. Burada futbol Rumıniya ilə müqayisədə daha çox fiziki gücə əsaslanır. Liqanın səviyyəsi yaxşıdır. Əvvəlki illərdə 1-2 komanda fərqlənirdisə, bu mövsüm daha çox balans var. Beş iddialı komanda çıxış edir”.

Mutu Rumıniyanın qış fasiləsində ÇFR klubuna keçəcəyi ilə bağlı yayılan söz-söhbətlərə də aydınlıq gətirib. O, bu məlumatı təkzib edib: “Bununla bağlı heç bir müzakirə aparılmayıb. Mövzuya toxunmağın mənası yoxdur”.

Adrian Mutunun rəhbərliyi altında bu mövsüm Premyer Liqada keçirdiyi 15 oyunda 22 xal toplayan “Neftçi” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Rumıniyalı mütəxəssisin bakılılarla müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button