“Ayaks”dan baş məşqçisinə jest

“Ayaks” baş məşqçisi Erik ten Haqa yeni müqavilə təklif etməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə Hollandiyanın “De Telegraaf” nəşri məlumat yayıb. Xəbərdə, klub rəhbərliyinin 49 yaşlı mütəxəssisin müqaviləsinin müddətini 2024-cü ilə qədər uzatmaq istədiyi bildirilib.

2017-ci ilin dekabrından “Ayaks”ı çalışdıran Ten Haqın hazırkı müqaviləsi 2020-ci ilin yayına qədərdir.

“Ayaks” Hollandiya Erediviziyasında 74 xalla liderdir. Amsterdam təmsilçisi ölkə kubokunda isə finala vəsiqə qazanıb.

“Ayaks” Çempionlar Liqasında da yoluna davam edir. Ten Haqın rəhbərlik etdiyi kollektiv yarımfinal mərhələsində “Tottenhem”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button