Avropa Liqası: “Qarabağ”ın pley-off mərhələsində mümkün rəqibi dəqiqləşib

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki mümkün rəqibi dəqiqləşib.

Komanda.az xəbər verir ki, “köhlən atlar” Finlandiyanın HJK klubunu mübarizədən kənarlaşdıra bilsə, Sloveniya çempionu “Olimpiya” ilə üz-üzə gələcək.

Buna sloveniyalıların UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Türkiyə “Qalatasaray”ına uduzması səbəb olub – 0:3, 0:1.

“Qarabağ” pley-offa yüksəlsə, ilk görüşünü səfərdə keçirəcək.

HJK – “Qarabağ” matçı avqustun 17-də, saat 20:00-da start götürəcək. Ağdam klubu ilk oyunda 2:1 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button