“Atletik”lə “Real” yarımfinalda

İspaniya kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu oyun günündə daha 2 qarşılaşma baş tutub.

“Valensiya” evdə “Atletik”ə məğlub olub. “Real” isə Madrid derbisində “Atletiko”nu əlavə vaxtda üstələyib.

Daha öncə “Barselona” və “Osasuna” da yarımfinala vəsiqə qazanmışdılar.

Yarımfinal cütləri bu gün keçiriləcək püşkatma nəticəsində müəyyənləşəcək.

İspaniya kuboku
1/4 final
25 yanvar

Barselona – Real Sosyedad 1:0
Qol
: Dembele, 52.

Osasuna – Sevilya 2:1
Qol
: Avila, 71. Ezzalzuli, 99 – En-Nəsiri, 90+4.

26 yanvar

Valensiya – Atletik 1:3
Qol
: De Markos, 43-öz qapısına – Muniain, 35. N.Uilyams, 45. Vesqa, 74-pen.

Real – Atletiko 3:1
Qol
: Rodriqo, 79. Benzema, 104. Vinisius, 120+1 – Morata, 19.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button