“Atalanta”da yeni müdafiəçi

İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, sözügedən klub Marsel “Olimpik”i ilə yollarını ayırmış sol cinah müdafiəçisi Sead Kolaşinaçı heyətinə qatıb.

Bosniya və Herseqovinadan olan 30 yaşlı futbolçu azad agent kimi “Atalanta”ya keçib. Müqavilənin müddəti və digər detallar açıqlanmır.

Kolaşinaç 2022-ci ilin əvvəlindən “Olimpik”də çıxış edirdi. O, daha öncə “Arsenal” və “Şalke”də oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button