“Fənərbaxça”nın futbolçusu La Liqa klublarının “radar”ındadır

“Fənərbaxça”nın yarımmüdafiəçisi Marko Asensio yenidən İspaniyaya qayıda bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ilə La Liqanın bir neçə təmsilçisi maraqlanır.

Asensioya əsas namizədlər “Sevilya”, “Vilyarreal” və “Atletiko”dur. Bundan əlavə, “Real Sosyedad” və “Betis” də onun vəziyyətini yaxından izləyir. Buna baxmayaraq, İstanbul təmsilçisi oyunçunu satmaq niyyətində deyil. Asensionun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

İspaniyalı futbolçu karyerasına “Malyorka”da başlayıb, ən uğurlu illərini isə 2015–2023-cü illərdə “Real”ın heyətində keçirib. O, bu müddətdə 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button