“Arsenal” ona 5 illik müqavilə təklif edəcək

PSJ-nin futbolçusu Tomas Munye karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, belçikalı müdafiəçi “Arsenal”ın diqqət mərkəzinə düşüb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Arsenal” 27 yaşlı oyunçuya 5 illik müqavilə təklif edəcək.

PSJ ilə 2020-ci ilin yayına qədər müqaviləsi olan Munye, Premyer Liqada oynamağa müsbət yanaşır. Müdafiənin sağ cinahında çıxış edən futbolçu Belçika millisinin də üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button