“Araz-Naxçıvan” 21 qolla qələbə qazandı

Futzal üzrə Yüksək Liqada 8-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bütün oyunlar bu gün “Olimpik Star”da baş tutub.

Günün ilk matçında “Baku Fire” U-19 kollektivini 6:4 hesabı ilə üstələyib.

Ardınca “Neftçi” İK “Şuşa” komandasına 12:3 hesabı ilə qalib gəlib.

Günün son görüşündə isə ölkə çempionu “Araz-Naxçıvan” “Lənkəran”dan güclü olub – 21:3.

8 turdan sonra turnir cədvəlindəki vəziyyət belədir: “Neftçi” İK – 22, “Araz-Naxçıvan” – 19, “Baku Fire” – 17, “Şuşa” – 9, U-19 – 3, Lənkəran – 0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button