Aquero favoritlərini açıqladı

“Mançester Siti”nin sabiq hücumçusu Serxio Aquero Premyer Liqanın yeni mövsümündə potensial bombardirlərin adlarını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Aqueronun əsas favoritləri arasında Erlinq Haland və Məhəmməd Salah var:

“Mənim favoritlərim Rahim Sterlinq, Erlinq Haland, Məhəmməd Salah və Qabriel Jesusdur. Lakin “Tottenhem”dən Harri Keynlə Son həmişə bombardir olacaq və mən onların çoxlu qol vura bilməməsi üçün heç bir səbəb görmürəm. Bütün bu oyunçular yaxşı klublarda oynayırlar və mən onlardan çox şey gözləyirəm“.

Aquero İngiltərədəki on illik karyerası ərzində 2014/15 mövsümündə 26 qolla bir dəfə Premyer Liqanın bombardiri olub.