“Liverpul”da Kloppun yerinə 2 əsas namizəd var

“Sportinq”in baş məşqçisi Ruben Amorim və “Brayton”u çalışdıran Roberto De Zerbi “Liverpul”da Yurgen Kloppun yerinə əsas namizədlərdir.

Komanda.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyinin Amorim və De Zerbi də daxil olmaqla alternativ namizədlərə baxdığı qeyd edilib.

Daha əvvəl məlum olmuşdu ki, “Liverpul” artıq “Bayer”i çalışdıran Xabi Alonso variantını nəzərdən keçirmir, çünki ispaniyalı məşqçi ən azı bir mövsüm də “Bayer”də qalmaq niyyətindədir.

Klopp bu mövsümün sonunda “Liverpul”u tərk edəcək.

“Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlində 28 oyunda 64 xal toplayaraq 2-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button