Amerika kuboku Braziliyada keçiriləcək

Bu il keçirilməli olan Amerika kubokunun hansı ölkədə təşkil olunacağı müəyyənləşib.

Komanda.az xəbər verir ki, turnir Braziliyada baş tutacaq.

Bu barədə Cənubi Amerikanın Futbol Konfederasiyası (CONMEBOL) məlumat yayıb.

Qurum Argentina və Kolumbiyadan aldığı yarışın məhz Braziliyada təşkil olunmasına qərar verib.

Qeyd edək ki, Amerika kubokunun 14 iyun – 10 iyulda təşkili nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button