Dani Alveş məhkəmə qarşısına çıxdı

“Barselona”nın keçmiş futbolçusu Dani Alveş zorlama ittihamı ilə məhkəmə qarşısına çıxıb.

Komanda.az “Washington Post”-a istinadən xəbər verir ki, prokurorluq təqsirləndirilən şəxsə 9 il həbs cəzası və 150 min avro məbləğində təzminat tələb edir. Həbsdən sonra isə futbolçunu 10 il sınaq müddəti gözləyir.

Xəsarət alan qızın əsəbləri pozulduğu və bu səbəbdən xeyli arıqladığı, sosial çevrəsini məhdudlaşdırdığı da bildirilir.

Alveş baş verənlərlə bağlı ifadəsini bir neçə dəfə dəyişib ki, bu da şübhəli görünür. Onun taleyi ilə bağlı yekun qərarın fevralın 7-də veriləcəyi gözlənilir.

Dani Alveş Barselonadakı gecə klubunda 23 yaşlı qızı zorlamaqda ittiham edilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button