Baş məşqçidən zədəli Mbappe haqda açıqlama

“Real”ın baş məşqçisi Xabi Alonso Kilian Mbappenin İspaniya superkubokunda iştirak ehtimalını istisna etməyib. Mütəxəssisin sözlərinə görə, fransalı hücumçu ilə bağlı yekun qərar yaxın günlərdə veriləcək.

Mbappenin sol diz bağlarında dartılma aşkarlanıb. Bu səbəbdən, o, La Liqanın dünən keçirilən və “Real”ın “Betis”i 5:1 hesabı ilə məğlub etdiyi oyunu buraxıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Mbappenin tam olaraq heyətdən kənarlaşdırılmadığını deyib:

“Mbappe tam olaraq heyətdən kənarlaşdırılmayıb. Sabaha (bu gün) qədər gözləyəcəyik. Səudiyyə Ərəbistanına yola düşəndə onun özünü necə hiss etdiyini görəcəyik və bundan sonra qərar verəcəyik. Biz hələ də ona şans veririk”.

Baş məşqçi həmçinin, “Betis”lə matçda zədələnərək əvəzlənən Orelyen Tçuameni barədə də danışıb:

“O, mütləq Səudiyyə Ərəbistanına gedəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button