“Real”ın baş məşqçisi rəhbərlikdən nə xahiş edib?

“Real”ın baş məşqçisi Xabi Alonso ötən yay klub rəhbərliyindən heyətin gücləndirilməsini xahiş edib.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin əsas tələbi yarımmüdafiə xəttinə yeni futbolçunun cəlb olunması olub. Ancaq klubun yüksək vəzifəli nümayəndələrindən biri rəhbərliyin mövcud heyət planını müdafiə edib. Onun sözlərinə görə, “Real” son illərin ən gənc heyətlərindən birinə sahibdir və buna baxmayaraq, komanda hələ də kifayət qədər güclüdür.

Alonso “Real”ın baş məşqçisi postuna 2025-ci ilin yayında təyin olunub. Onun komandası hazırda İspaniya La Liqasında 45 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button