AFFA-nın baş inzibatçısı Çempionlar Liqası matçına təyinat alıb

AFFA-nın futzal üzrə baş inzibatçısı Fərrux Hüseynzadə ilk beynəlxalq təyinatını alıb.

Bu barədə Komanda.az-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

Həmyerlimiz UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün Afinada keçiriləcək AEK (Yunanıstan) – Sportinq (Portuqaliya) matçının UEFA nümayəndəsi olacaq.

Qarşılaşma saat 23:00-da başlayacaq.

Cütün qalibi 1/4 finalda “Araz-Naxçıvan” – “Benfika” matçının qalibi ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button