AFFA-dan klublar üçün onlayn seminar

Bu gün Lisenziyalaşdırma Qrupu tərəfindən Misli Premyer Liqası və Birinci Divizion yarışlarında çıxış edən klubların lisenziyalaşdırma üzrə menecerlərinin və yeni təyin olunmuş Futbolda Sosial Məsuliyyət üzrə təyin olunmuş məsul şəxlərin iştirakı ilə Futbolda Sosial Məsuliyyət meyarları üzrə onlayn seminar təşkil olunub.

Komanda.az xəbər verir ki, seminarda cari lisenziyalaşdırma mövsümündən klublar tərəfindən yeni yerinə yetirilməli olduğu meyarlar müzakirə olunub və iştirakçıların sualları cavablandırılıb.

Xatırladaq ki, cari mövsümdən etibarən, Klubların Lisenziyalaşdırılması sistemi çərçivəsində idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarından əlavə olaraq, UEFA tərəfindən yeni Futbolda Sosial Məsuliyyət meyarı tətbiq olunur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button