AFFA bir illik diskvalifikasiya etdiyi futbolçunun cəzasını qüvvədə saxladı

Apellyasiya Arbitraj Tribunalı “Xırdalan City” klubunun AFFA İntizam Komitəsinin qərarından verdiyi şikayəti təmin etməyib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, Leyla Gondolova barəsində 12 aylıq cəza qərarı qüvvədə saxlanılıb.

Gondolova Yüksək Liqada UGİM (Naftalan) klubu ilə matçda etdiyi hərəkətə görə 1 müddətinə diskvalifikasiya olunub.

Qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndərilməlidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button