Acun Ilıcalı daha bir klubu satın aldı

Türkiyəli iş adamı Acun Ilıcalı İrlandiyanın “Şelburn” futbol klubunun səhmlərinin çox hissəsini satın alıb.

Komanda.az xəbər verir ki, bu barədə o, şəxsi “tvitter” hesabında paylaşım edib.

Ilıcalı klubun hədəfinin avrokuboklara vəsiqə qazanmaq, uğurlar əldə etmək və bir neçə istedadlı oyunçunu dünya futboluna qazandırmaq olduğunu bildirib. O, İrlandiya futboluna, klubun potensialına və azarkeşlərə tam inandıqlarını diqqətə çatdırıb.

Türkiyəli iş adamı İngiltərənin “Hall Siti” klubunun da sahibidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button