“Ronaldo çoxu üçün nümunədir” – Millinin baş məşqçisi

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines komandanın hücumçusu Kriştiano Ronaldo haqda danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Ronaldonun çoxu üçün nümunə olduğunu bildirib:

“Çox oyunçu Kriştianonun əldə etdiyinə nail ola bilməyib. Ronaldo çoxu üçün nümunədir. Bu yaşında belə, hələ də yeni çətinliklərlə üzləşir. O, mükəmməllik ideyası ilə məşğuldur. Bu, sadəcə heyrətamizdir. Ronaldo kimi futbolçular hər zaman gənc nəsil üçün nümunə olacaqlar”.

39 yaşlı forvard ötən mövsüm “Əl-Nəsr”lə Səudiyyə Ərəbistanı çempionatının bombardiri olub. O, 31 matçda 35 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button